Modern.az

Aygünün səsi heç vaxt unudulmayacaq - Elza Seyidcahan

Aygünün səsi heç vaxt unudulmayacaq - Elza Seyidcahan

Aktual

8 Yanvar 2024, 12:52

"O mənə bir böyük kimi həmişə hörmət edib. Haçan məni görsə, qarşıma gəlirdi. Bir kiçik bacı kimi... Hörmətimi saxlayırdı. Sənətimə böyük dəyər veriridi".

 

Modern.az xəbər verir ki, bunu Aygün Bəylərin vida mərasimində iştirak edən Əməkdar artist Elza Seyidcahan deyib.

 

O, həmkarının vəfatı ilə bağlı ailəsinə başsağlığı verib:

 

"Biz dünəndən anamla özümüzə gələ bilmirik. Şəxsən mənə dedi ki, get, bacılarına, övladına başsağlığı ver. Çox üzülürük. Təəssüf ki, onu tez itirdik. Özündən geriyə bir övladı qaldı. Allah ailəsinə səbir versin, övladına səbir versin. Çox çətindir. Onun səsi heç vaxt unudulmayacaq".

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?