Modern.az

“Aygünüm, mən sənə əlvida demirəm” – Firuzə İbadovadan ürəkdağlayan sözlər

“Aygünüm, mən sənə əlvida demirəm” – Firuzə İbadovadan ürəkdağlayan sözlər

Aktual

8 Yanvar 2024, 17:14

Bu gün Əməkdar artist Aygün Hümmətova ilə (Bəylər) Səttar Bəhlulzadə adına Mədəniyyət evində vida mərasimi keçirilib. Mərasimdə mərhumun sənət yoldaşları, tanınmış şəxslər, o cümlədən  müğənni, Əməkdar artist Firuzə İbadova da iştirak edib.

 

Modern.az xəbər verir ki, Firuzə İbadova çıxışını mərhum müğənnin qızı Canan Hümmətovaya müraciətlə başlayıb.

 

"Canan, Firuzə nənə sənə qurban olar. Sən tək deyilsən. Azərbaycan xalqı bizim Aygünümüzü sevir. O, bizim sevimlimizdir. Mən sənə deyirəm ki, nənə həmişə sənin yanındadır".

 

Daha sonra Aygün Bəylərin tabutuna üz tutaraq bunları söyləyib:

 

"Mənim Aygünüm, sənə əlvida demirəm. Çünki biz nə vaxtsa, görüşəcəyik. Sən orada mütləq Şəfiqə xanıma mənim ürəyimdə olan arzuları yetir. Mən bu barədə səninlə çox danışmışam".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?