Modern.az

İki gündə 7 avtomat, 30 tüfəng polisə təhvil verilib

İki gündə 7 avtomat, 30 tüfəng polisə təhvil verilib

Aktual

9 Yanvar 2024, 10:04

Qanunsuz saxlanılan odlu və döyüş silahlarını, partlayıcıları könüllü təhvil verən hər bir insan vətəndaşlıq nümunəsi göstərir.

 

Bu barədə Modern.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, yanvarın 8-də 7 ədəd avtomat, 1 tapança, 3 ədəd qumbara, 1 alışdırıcı, 30 ədəd müxtəlif markalı tüfəng, 10 patron darağı və 766 ədəd müxtəlif çaplı sursat polis əməkdaşlarına könüllü təhvil verilib.

 

Könüllü olaraq odlu silahları təhvil verməyən şəxslərdən isə yanvarın 8-də 4 ədəd tapança, 16 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd patron darağı və 28 ədəd müxtəlif çaplı sursatı polis əməkdaşları əməliyyat tədbirləri ilə aşkarlayıblar. Hər bir fakt üzrə araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?