Modern.az

Ombudsman seçkilərlə bağlı monitorinqlərə başlayır

Ombudsman seçkilərlə bağlı monitorinqlərə başlayır

Aktual

12 Yanvar 2024, 10:48

Ombudsman Aparatı Prezident seçkiləri ilə bağlı monitorinqlərə başlayır.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda dəyirmi masada çıxışı zamanı məlumat verib.

 

O qeyd edib ki, ilkin olaraq seçicilərlə görüşlər üçün ayrılmış açıq və qapalı yerlərdə monitorinqlər aparılacaq:

 

"Ötən seçkilərin müşahidəsi zamanı seçki hüququnun təmini ilə bağlı Ombudsmana müraciətlər daxil olduqda, bu müraciətlər operativ olaraq Mərkəzi Seçki Komissiyası (MSK) ilə birlikdə araşdırılıb. Bu dəfə də həmin təcrübə davam etdiriləcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır