Modern.az

Tbilisidən Bakıya aviareys ləğv edildi

Tbilisidən Bakıya aviareys ləğv edildi

Aktual

12 Yanvar 2024, 12:20

Tbilisidə hökm sürən əlverişsiz hava ilə əlaqədar “Georgian Wings” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna 12 yanvar 2024-cü il tarixinə nəzərdə tutulan reysi ləğv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, lakin milli aviadaşıyıcımız AZAL-ın Bakı-Tbilisi və əks istiqamətdə bu günə olan bütün uçuşlarının cədvəl üzrə yerinə yetirilməsi nəzərədə tutulur.

 

Qeyd edək ki, sərnişinlər uçuş statusu haqqında əlavə məlumatı Bakı hava limanının veb-saytında və ya aviaşirkətlərlə əlaqə saxlayaraq əldə edə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV