Modern.az

Sumqayıtda yaşayış binasında yanğın - 6 nəfər təxliyə edildi

Sumqayıtda yaşayış binasında yanğın - 6 nəfər təxliyə edildi

Aktual

12 Yanvar 2024, 12:44

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 5 otaqlı mənzilin bir otağında 1 ədəd kondisioner və ev əşyaları 12 m² sahədə yanıb.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 m² sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!