Modern.az

Fırtınalı hava ilə əlaqədar gəmilərə XƏBƏRDARLIQ

Fırtınalı hava ilə əlaqədar gəmilərə XƏBƏRDARLIQ

Aktual

12 Yanvar 2024, 18:14

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin idarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

 

Məlumata görə, xəbərdarlıqda deyilir ki, xəbərdarlığa əsasən, sabah səhər saatlarında Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi yanvarın 14-ü səhər səhərə kimi davam edəcək.

 

Açıq dənizdə küləyin surəti arabir 30-32 m/s-dək güclənəcək.

 

Dalğanın hündürlüyü 3.0-4.0, sonrakı inkişafda isə 4.5-6.5 metrə çatacağı proqnozlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!