Modern.az

Komandolar şərti düşmən müdafiəsini yardılar - VİDEO

Komandolar şərti düşmən müdafiəsini yardılar - VİDEO

Aktual

12 Yanvar 2024, 18:34

2024-cü ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin peşəkarlığının artırılması üzrə taktiki-xüsusi məşğələlər davam etdirilir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, məşğələlərin növbəti günündə tapşırıqları dəqiqləşdirən komandolar çətin relyefli ərazilərdə taktiki yerdəyişmə fəaliyyətləri icra ediblər. Şərti düşmən müdafiəsinin yarılması və dayaq məntəqəsinin ələ keçirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

 

Hərbi qulluqçuların praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki-xüsusi məşğələlərdə komandolar tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV