Modern.az

Fransa XİN başçısı Kiyevə gəlir

Fransa XİN başçısı Kiyevə gəlir

Aktual

12 Yanvar 2024, 20:58

Fransanın yeni xarici işlər naziri Stefan Sejurne Kiyevə işgüzar səfərə gedir.

 

Modern.az xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.

 

Nazir Fransanın Ukraynaya dəstəyini nümayiş etdirmək üçün Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır.

 

Xatırladaq ki, bundan öncə keçmiş nazir Ketrin Kolonnanın Ukraynaya səfəri planlaşdırılırdı.

 

Hökumətdə baş verən dəyişikliklə bağlı onun yerinə Stefan Sejurne Ukraynaya səfər edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər