Modern.az

Son 21 ildə prokurorluğa 1203 nəfər işə qəbul edilib

Son 21 ildə prokurorluğa 1203 nəfər işə qəbul edilib

Aktual

15 Yanvar 2024, 12:00

Müsabiqə yolu ilə prokurorluq orqanların qəbul olunmuş şəxslərin sayı prokurorluğun kadr korpusunun 89.1 faizini təşkil edir.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bunu Baş prokuror Kamran Əliyev yanvarın 15-də prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində çıxışında bildirib.

 

Qeyd olunub ki, son 21 ildə prokurorluğa 1203 nəfər işə qəbul edilib. Onların 1097-i kişi, 106-sı isə qadındır.

 

Hazırda onlardan 1009 nəfəri prokurorluq orqanlarında əmək fəaliyyətini davam etdirir.

 

Müsabiqə yolu ilə prokurorluq orqanlarına qəbul olunmuş şəxslər prokurorluğun kadr korpusunun 89.1 faizini təşkil edir.

Sizə yeni x var
Keçid et
“Gənclik Mall”da həyəcan siqnalı -Vətəndaşlar təxliyə edildi