Modern.az

UNEC-in professoru Belarusda mühazirə oxudu

UNEC-in professoru Belarusda mühazirə oxudu

Aktual

15 Yanvar 2024, 12:33

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və audit kafedrasının professoru, Azərbaycanın Respublikasının və Rusiya Federasiyasının iqtisad elmləri doktoru Elnur Sadıqov Belarusun Polotsk Dövlət Universitetində mühazirə oxuyub.

 

UNEC-dən Modern.az-a bildirilib ki, Elnur Sadıqov Polotsk Dövlət Universitetinin Maliyyə-iqtisad fakültəsinin magistrantlarına dünya ölkələrinin bank sistemi və beynəlxalq valyuta kredit münasibətləri fənlərini tədris edib. İnteraktiv metodla tədris olunan dərslərdə o, magistrantların suallarını cavablandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV