Modern.az

Cinayət törədən 52 nəfər saxlanıldı

Cinayət törədən 52 nəfər saxlanıldı

Aktual

24 Yanvar 2024, 10:18

Yanvarın 23-də ölkə ərazisində qeydə alınan 62 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV