Modern.az

Nazir səfirliyimizə hücum zamanı ölən mühafizəçinin məzarını ziyarət etdi

Nazir səfirliyimizə hücum zamanı ölən mühafizəçinin məzarını ziyarət etdi

Aktual

27 Yanvar 2024, 11:16

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən il ölkəmizin İrandakı səfirliyinə edilən hücum zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun məzarını ziyarət edib.

 

Modern.az xəbər verir ki, XİN rəhbərliyi və kollektivi O.Əsgərovun İkinci Şəhidlər xiyabanında yerləşən məzarınının önünə gül dəstələri düzüblər.

 

Qeyd edək ki, 2023-cü ilin yanvar ayının 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Azərbaycan XİN yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır