Modern.az

Türkiyənin təhsil naziri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi

Türkiyənin təhsil naziri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi

Aktual

31 Yanvar 2024, 09:40

Türkiyənin təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Bakıdakı "Türk şəhidliyi"ni ziyarət edib.

 

Modern.az xəbər verir ki, qonaqlar Fəxri xiyabanında Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub.

 

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib, məzarları önünə gül dəstələri düzülüb və şəhidlərin ruhuna dualar oxunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır