Modern.az

"Reuters" agentliyi Putinin Türkiyə səfərindən YAZDI

Aktual

1 Fevral 2024, 17:30

Rusiya prezidenti Vladimir Putin böyük ehtimalla fevralın 12-də Türkiyəyə səfər edəcək. Həmin səfər zamanı prezidentlər Putin-Ərdoğan danışıqları da baş tutacaq.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, bu, Putinin 2020-ci ildən sonra NATO üzvü olan ölkəyə ilk səfəri olacaq.
 

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Putinin martda Rusiyada keçiriləcək prezident seçkilərindən əvvəl Türkiyəyə səfər edəcəyini açıqlamışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?