Modern.az

Liftdə köməksiz qalan vətəndaşlar xilas edildi - VİDEO

Liftdə köməksiz qalan vətəndaşlar xilas edildi - VİDEO

Aktual

9 Fevral 2024, 12:06

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Gəncə prospektində və Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binalarının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq olaraq Bakı Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

 

Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?