Modern.az

ANAMA Xocavənddəki partlayışla bağlı məlumat yaydı 

ANAMA Xocavənddəki partlayışla bağlı məlumat yaydı 

Aktual

10 Fevral 2024, 13:16

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Xocavənd rayonu Çartaz kəndi ərazisində arıçılıq təssərüfatında baş verən partlayışın təfərrüatını açıqlayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, hadisə arıçılıqla məşğul olan 1996-cı il təvvəllüdlü Ələsgərov Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə edərkən baş verib.

 

Partlayış nəticəsində S.Ələsgərov sağ əlindən xəsarət alıb və zərərçəkənin sağ əlinin 3 barmağı amputasiya olunub.

 

ANAMA vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər