Modern.az

Sumqayıtda birgünlük körpə qida borusundan əməliyyat olundu

Sumqayıtda birgünlük körpə qida borusundan əməliyyat olundu

Aktual

16 Fevral 2024, 14:42

Birgünlük körpə üzərində qida borusunun atreziyasının əməliyyatı icra olunub.

 

Modern.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Perinatal Mərkəzə təxliyə olunan körpə üzərində "C tip ezofaqus atrezisi, fistulanın ləğvi, ezafaqusun primer anastamozu" əməliyyatı icra edilib.

 

Bildirilib ki, Tibb müəssisəsinin uzman həkim-cərrahı Araz Hüseynov və həkim-cərrah Elnur İsgəndərov tərəfindən  əməliyyat uğurla başa çatıb.

 

Xəstə süni ventilyasiya aparatından ayrılıb. Hazırda qidalandırılması normaldır, vəziyyəti stabildir.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV