Modern.az

Moskvadan Gəncəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Moskvadan Gəncəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Aktual

16 Fevral 2024, 15:56

“Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

 

Modern.az AZAL-a istinadən xəbər verir ki, buna səbəb Gəncə hava limanı ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.

 

Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV