Modern.az

Yanvarda 17 min nəfər işlə təmin edilib

Yanvarda 17 min nəfər işlə təmin edilib

Aktual

16 Fevral 2024, 16:40

Yanvar ayında 17 min nəfər işlə təmin edilib.

 

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

 

Qeyd edilib ki, agentlik tərəfindən bu ilin yanvar ayında 33 mindən artıq yaxın şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 17 min nəfəri işlə təmin edilib. 476 nəfər işsiz şəxs üçün isə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib.

 

Digər bir istiqamət olaraq 15 540 şəxsə peşəyönümü xidmətləri göstərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV