Modern.az

COP26-nın prezidenti ölkəmizdə səfərdədir - F OTO

COP26-nın prezidenti ölkəmizdə səfərdədir - F OTO

Aktual

17 Fevral 2024, 09:34

Bakıda səfərdə olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti Ser Alok Şarma Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub.

 

Modern.az xəbər verir ki, bu barədə COP29-un Təşkilat Komitəsinin üzvü, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai "X" sosial şəbəkə hesabında paylaşım edib.

 

Paylaşımda bildirilir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə görüşdə iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılması, təmiz enerji mənbələrinə keçid və COP29-a hazırlıq məsələləri müzakirə edilib.

 

Qeyd edək ki, Alok Şarma, həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə də görüşüb, müzakirələr aparıb.

Sizə yeni x var
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər