Modern.az

Yanvarda əlillərə verilən reabilitasiya vasitələrinin SAYI

Yanvarda əlillərə verilən reabilitasiya vasitələrinin SAYI

Aktual

17 Fevral 2024, 09:40

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar ayında əlilliyi olan şəxslərə 9,1 min reabilitasiya vasitəsi verilib.

 

Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, onlardan 612-i təkərli oturacaq (o cümlədən 3-ü mühərrikli təkərli oturacaq), 190-ı aşağı və yuxarı ətraf, habelə 235-i eşitmə aparatı, 227-si qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 247 cüt protez ayaqqabı, 454 cüt ortopedik ayaqqabı, 7 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

 

Yanvar ayında ümumilikdə 1,3 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV