Modern.az

İtaliyalı nazir İlham Əliyevi təbrik etdi

İtaliyalı nazir İlham Əliyevi təbrik etdi

Aktual

19 Fevral 2024, 14:24

İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto dövlətimizin başçısı İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, Quido Krosetto bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

 

Azərbaycan Prezidentinə ən xoş arzularını çatdıran italiyalı nazirin paylaşımında deyilir:

 

“Azərbaycan Avrasiya məkanında mərkəzi rol oynayır. Biz ölkələrimizi birləşdirən strateji tərəfdaşlıq sayəsində indiyə qədər tutduğumuz yolda əməkdaşlığı inkişaf etdirməkdə davam edəcəyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV