Modern.az

"Komando"nun hərbçiləri şərti düşməni məhv ediblər - FOTO

Aktual

20 Fevral 2024, 09:58

Cari ilin hazırlıq planına uyğun olaraq, "N" hərbi hissəsində keçirilən "Komando başlanğıc kursu" davam edir.


Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, məşğələlər zamanı hərbi qulluqçular öyrəndikləri nəzəri biliklərini təlim sahəsində praktiki tapşırıqları icra etməklə möhkəmləndirirlər.

 

Plana əsasən, kurs iştirakçıları şərti düşmən hədəflərinin aşkar olunaraq atıcı silahlardan dəqiq atəşlə məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

 

Azərbaycan Ordusunda peşəkar kadrların hazırlanması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilən "Komando başlanğıc kursu"nda məşğələlər müasir döyüş üsulları nəzərə alınmaqla tədris olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV