Modern.az

Xankəndidə silah-sursat tapıldı

Xankəndidə silah-sursat tapıldı

Aktual

20 Fevral 2024, 10:04

Ötən gün Xankəndi şəhəri ərazisində 13 silah aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Bildirilib ki, fevralın 19-da 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 9 ədəd qumbara, 17 alışdırıcı, 54 ədəd patron darağı, 1575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?