Modern.az

Rusiyada qadın məhbuslar müharibəyə cəlb olunur

Rusiyada qadın məhbuslar müharibəyə cəlb olunur

Aktual

20 Fevral 2024, 17:10

Rusiyada müharibəyə qadın məhbuslar da cəlb olunur.

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə Leninqrad vilayətinin Ulyanovka kəndinin 2 saylı cəzaçəkmə koloniyasının keçmiş məhbusları bildiriblər. Rusiya və Ukraynanın bəzi Teleqram kanalları da belə xəbər yayıb.

Qadınların sözlərinə görə, Müdafiə Nazirliyinin nümayəndələri bir neçə dəfə koloniyaya gəliblər.

Qadın məhbuslara amnistiya vəd edilməklə bir illik müqavilələr, o cümlədən snayperlər kimi müharibəyə getmək təklif edilib.

Deyilənə görə, 20-50 qadın razılaşıb, amma indiyədək onların heç biri koloniyadan götürülməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!