Modern.az

Xırdalanda mağazadan 18 min manat pul oğurlandı

Xırdalanda mağazadan 18 min manat pul oğurlandı

Aktual

21 Fevral 2024, 10:50

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mağazaların birindən 18 460 manat pul oğurlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli bilinən Ramiz İsgəndərov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV