Modern.az

Bakıda motosiklet qaçırıldı

Bakıda motosiklet qaçırıldı

Aktual

21 Fevral 2024, 13:44

Fevralın 18-də Nizami rayonu ərazisindən “Tufan” markalı motosikletin qaçırılması barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Tariyel Məmmədov motosikletlə saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...