Modern.az

Azərbaycan növbəti şərhləri Ermənistana təqdim edib - Ceyhun Bayramov

Azərbaycan növbəti şərhləri Ermənistana təqdim edib - Ceyhun Bayramov

Aktual

22 Fevral 2024, 17:32

Sülh sazişi layihəsi ilə bağlı Azərbaycanın növbəti şərhləri Ermənistana təqdim edilib.

 

Modern.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bildirib.

 

Nazir bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlı olduğumuzu diqqətə çatdırıb.

 

Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddiaların qəbuledilməz olduğu vurğulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV