Modern.az

Paşinyan tələsib - Lukaşenko

Paşinyan tələsib - Lukaşenko

Aktual

25 Fevral 2024, 13:37

Minsk Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması haqqında müraciət almayıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

 

Aleksandr Lukaşenko deyib ki, Ermənistan KTMT-nin üzvü olmalıdır: “Nikol Paşinyan tələsib və Ermənistanın KTMT-də iştirakını dondurması ilə bağlı emosional bəyanat verib. İrəvanın bu barədə rəsmi müraciəti daxil olmayıb. Buna sakit reaksiya veririk, KTMT dağılmayacaq. Ermənistan inteqrasiya strukturlarından çıxmağa tələsməməlidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!