Modern.az

Bu avtobusların hərəkəti dəyişəcək

Bu avtobusların hərəkəti dəyişəcək

Aktual

25 Fevral 2024, 20:48

Xocalı soyqırımının ildönümü ilə əlaqədar müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

 

Bu barədə Modern.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Bildirilir ki, Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, 175, E1 və M3 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!