Modern.az

Səudiyyə Ərəbistanı Azərbaycan vətəndaşları üçün vizaları sadələşdirir

Səudiyyə Ərəbistanı Azərbaycan vətəndaşları üçün vizaları sadələşdirir

Aktual

27 Fevral 2024, 12:16

Səudiyyə Ərəbistanı Azərbaycan vətəndaşları üçün viza prosesinin sadələşdirilməsi istiqamətində addımlar atır.

 

Modern.az-ın məlumatına görə bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə deyib.

 

O qeyd edib ki, Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanı Krallığının vətəndaşlarına münasibətdə vizaların verilməsi prosesinin asanlaşdırılmasının turizm sahəsində əməkdaşlığa ciddi təkan verib.

 

“Ölkəmiz də Azərbaycan vətəndaşlarına vizaların verilməsi prosesinin sadələşdirilməsi istiqamətində addımlar atır”, - o deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV