Modern.az

Azərbaycanda 58 nəfər minaya düşərək həlak olub

Azərbaycanda 58 nəfər minaya düşərək həlak olub

Aktual

27 Fevral 2024, 13:00

Azərbaycanda 2023-cü il ərzində 58 nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi tərəfindən hazırlanan "Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabat"da əksini tapıb.

 

İctimai Birliyin sədri Hafiz Səfixanovun təqdim etdiyi hesabata əsasən, ötən il minaya düşən 19 nəfər həlak olub, 39 nəfər yaralanıb. Zərərçəkənlərin hamısı kişilərdir.

 

Bildirilib ki, mina partlayışları Ağdam, Xocavənd, Tərtər, Laçın, Şuşa, Cəbrayıl, Kəlbəcər, Xocalı, Füzuli və Tovuz ərazilərində baş verib.

 

Qeyd edək ki, hesabata əsasən, Azərbaycan Avropada Ukrayna və Bosniyadan sonra mina problemindən ən çox əziyyət çəkən üçüncü dövlətdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV