Modern.az

Millimizin sabiq güləşçisi Rusiyada həbs edildi - VİDEO

Millimizin sabiq güləşçisi Rusiyada həbs edildi - VİDEO

Aktual

27 Fevral 2024, 15:58

Azərbaycanın sabiq yunan-Roma güləşçisi Cabbar Yusifi Rusiyada 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Moskva şəhərindəki Basmannı məhkəməsi qərar çıxarıb.

 

Qeyd edək ki, 2023-cü ilin martında saxlanılan Cabbar Yusifi İnterpolun axtarışında olub. Rusiya onu qanunsuz silah saxlama, Ukrayna qəsdən adam öldürmə ittihamı ilə axtarışa verib.

 

Xatırladaq ki, Cabbar Yusifi daha əvvəl Yeniyetmələrin Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində çıxış edib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır