Modern.az

“Elektron su təsərrüfatı” informasiya sisteminin operatoru dəyişdi

“Elektron su təsərrüfatı” informasiya sisteminin operatoru dəyişdi

Aktual

1 Mart 2024, 13:14

Prezident İlham Əliyev 13 fevral 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib.

 

Modern.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

 

Fərmana əsasən, “Elektron su təsərrüfatı” informasiya sisteminin operatoru dəyişib. Belə ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” “İnnovasiyalar Mərkəzi” MMC ilə əvəzlənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV