Modern.az

Zirzəmidə narkotik saxlayan şəxs TUTULDU 

Zirzəmidə narkotik saxlayan şəxs TUTULDU 

Aktual

6 Mart 2024, 20:34

Bakıda yaşayış binasının zirzəmisində 8 kq-dan artıq narkotik vasitə aşkarlanıb.

 

Modern.az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Vəliyev Emin Müşviq oğluna məxsus ümumi çəkisi 8 kiloqram 300 qram olan qurudulmuş marixuana Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış binasının zirzəmisində aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV