Modern.az

Akif Qurbanova cinayət işi açıldı

Akif Qurbanova cinayət işi açıldı

Aktual

6 Mart 2024, 23:26

“Toplum TV”nin ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanova cinayət işi açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Şəhla Hümbətova məlumat yayıb.

 

Onun sözlərinə görə, Akif Qurbanov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.

 

Akif Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilməsi tələbi ilə məhkəməyə çıxarılacağı gözlənilir.

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!