Modern.az

Xırdalanda və Mehdiabadda sənədsiz tikililər söküldü - VİDEO

Xırdalanda və Mehdiabadda sənədsiz tikililər söküldü - VİDEO

Aktual

7 Mart 2024, 12:46

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

Modern.az FHN-ə istinadən xəbıər verir ki, bu çərçivədə, Abşeron rayonunun Xırdalan şəhəri və Mehdiabad qəsəbəsi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...