Modern.az

"Toplum TV" işinə görə tutulan iki nəfər sərbəst buraxıldı

Aktual

8 Mart 2024, 20:47

"Toplum Tv” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərdən ikisim - Fərid İsmayılov və Elmir Abbasov sərbəst buraxılıb.

 

Modern.az xəbər verir ki, istintaq orqanı tərəfindən belə qərar qəbul edilib. Təqsirləndirilən şəxslər haqda “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

 

F.İsmayılov və E.Abbasov sərbəst buraxılıblar.

 

Qeyd edək ki, “Toplum Tv” işi üzrə saytın təsisçisi Ələsgər Məmmədli və başqa bir neçə əməkdaşı saxlanılıb. Təqsirləndirilən şəxslər qaçaqmalçılıqda ittiham edilirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV