Modern.az

"Qarabağ"ın "Bayer"lə matçı ingiltərəli məşhur hakimə tapşırıldı

Aktual

12 Mart 2024, 13:20

Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

 

FIFA referisi Entoni Teylora Qari Besvik və Adam Nunn kömək göstərəcək. Dördüncü hakim funksiyasını Endryu Madli yerinə yetirəcək. VAR-da Stüart Attvell, AVAR-da Jarred Gavan Gillett əyləşəcək.

 

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV