Modern.az

Abşeronda 3 nəfərin bank kartından oğurluq edildi

Abşeronda 3 nəfərin bank kartından oğurluq edildi

Aktual

15 Mart 2024, 11:58

Xırdalan şəhərində və Masazır qəsəbəsində müxtəlif vaxtlarda 3 nəfərin bank kartlarından oğurluqla bağlı polisə məlumatlar daxil olub.

 

Modern.az xəbər verir ki, araşdırmalarla 3 bank kartından ümumilikdə 847 manatın oğurlanması müəyyən edilib.

 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərində şübhəli bilinən əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Şəhriyar Allahverdiyev və bir yeniyetmə saxlanılıblar.

 

Faktlarla bağlı araşdırmalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV