Modern.az

Sumqayıt Tibb Mərkəzi fevralda 465 minə yaxın tibbi xidmət göstərib

Sumqayıt Tibb Mərkəzi fevralda 465 minə yaxın tibbi xidmət göstərib

Aktual

15 Mart 2024, 14:20

Sumqayıt Tibb Mərkəzi (STM) tərəfindən bu ilin fevral ayında vətəndaşlara 465 minə yaxın tibbi xidmət göstərilib.

 

Mərkəzdən Modern.az-a bildirilib ki, STM-nin tabeliyində olan tibb müəssisələrinə fevral ayında əhaliyə 464 min 769 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 348 min 237-si ambulator, 116 min 532-si isə stasionardır.

 

Qeyd edək ki, tibb müəssisəsinə müraciət edən hər bir ölkə vətəndaşı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV