Modern.az

Yaponiya astronavtlarını Aya göndərir

Yaponiya astronavtlarını Aya göndərir

Aktual

18 Mart 2024, 09:40

Yaponiya Amerikanın “Artemida” kosmik proqramı çərçivəsində 2028-ci ildən sonra Aya iki astronavtı göndərmək niyyətindədir.

 

Modern.az “Yomiuri” nəşrinə istinadla xəbər verir ki, müvafiq razılaşma Yaponiyanın Baş naziri Fumio Kişida ilə ABŞ Prezidenti Co Bayden arasında aprelin 10-da Vaşinqtonda planlaşdırılan görüşdən sonra rəsmiləşdirilə bilər.

 

ABŞ “Artemida” proqramı çərçivəsində 2026-cı ildə Amerika astronavtlarını Aya endirməyi planlaşdırır. 2028-ci ildən bu cür ekspedisiyaların mütəmadi olaraq həyata keçirilməsi gözlənilir. Əvvəlcədən razılığa əsasən, Yaponiyanın iki nümayəndəsi bu proqramda iştirak etməlidir.

 

Qeyd edək ki, 2019-cu il ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) üç mərhələdən ibarət “Artemida” proqramı həyata keçirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada