Modern.az

Pirotexnika satan şəxs tutuldu 

Pirotexnika satan şəxs tutuldu 

Aktual

20 Mart 2024, 18:31

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, tədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən 1 nəfər müəyyən edilib. Həmin şəxsdən müxtəlif növ partlayıcı və tezalışan maddələr aşkar olunaraq götürülüb, o, məsuliyyətə cəlb edilib.

 

Araşdırmalar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada