Modern.az

Qazaxda narkotacir saxlanıldı - FOTO

Qazaxda narkotacir saxlanıldı - FOTO

Aktual

29 Mart 2024, 07:50

Qazaxda narkotik vasitələr satmaqda şübhəli bilinən Ağstafa rayon sakini Şöhrət Orucov saxlanılıb.

 

Modern.az xəbər verir ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə onun əlindəki çantadan 3 kiloqram marixuana, həşiş, tiryək və bir ədəd elektron tərəzi aşkar olunub.

 

Araşdırmalarla müəyyən edilib ki, Ş. Orucov narkotikləri öz istifadəsi və satış üçün əldə edib.

 

Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?