Modern.az

Bakıda qanunsuz tikililər söküldü - FOTO

Bakıda qanunsuz tikililər söküldü - FOTO

Aktual

6 Aprel 2024, 23:26

Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində ikinci mərtəbədəki obyektə birləşdirilən dəmir pilləkəni söküblər.

 

Modern.az xəbər verir ki, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində piyada yolunda qurulan mövsümi iaşə obyekti də yığışdırılıb.

 

Belə ki, hər iki quraşdırma işi qanunsuz olub, söküntü işlərini Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi aidiyyəti qurumlarla birgə görüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...