Modern.az

Möhübbət Babayevin əvəzinə yeni TƏYİNAT

Möhübbət Babayevin əvəzinə yeni TƏYİNAT

Aktual

8 Aprel 2024, 15:23

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına birinci müavin təyin olunub.
 

Modern.az-ın məlumatına görə, İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Sərəncamı ilə aprelin 8-də Cəfərzadə Mikayıl Babək oğlu icra başçısının birinci müavini vəzifəsinə gətirilib.

 

Bu gün kollektivə təqdim edilən Mikayıl Cəfərzadə bundan əvvəl başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.

 

Qeyd edək ki, fevral ayında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı birinci müavini Möhübbət Babayev yaşa görə təqaüdə göndərilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı