Modern.az

Paşinyan bu gün parlamentdə hesabat verəcək

Paşinyan bu gün parlamentdə hesabat verəcək

Aktual

10 Aprel 2024, 10:30

Aprelin 10-da İrəvanda parlamentin növbəti dördgünlük iclası davam edir.

Bu gün deputatlar 12 qanunvericilik təşəbbüsünü müzakirə edəcəklər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, müzakirə olunacaq məsələlər arasında Ermənistan Respublikası hökumətinin 2023-cü il üçün proqramının (2021-2026) icrası və nəticələri haqqında hesabat da var.

Saat 16:30-da deputatlar baş naziri Nikol Paşinyanın başçılıq etdiyi hökumət üzvləri ilə görüşəcəklər. Parlamentarilər müəyyən aktual mövzularla bağlı onları və ictimaiyyəti maraqlandıran sualları hökumət nümayəndələrinə vermək imkanı əldə edəcəklər.

Sizə yeni x var
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir