Modern.az

Yardımlıda mal-qara oğruları SAXLANILDI

Yardımlıda mal-qara oğruları SAXLANILDI

Aktual

29 Aprel 2024, 08:06

Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar.

 

Bu barədə Modern.az DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

 

Məlumata görə, Yardımlı rayon sakini olan iki nəfər yaşadıqları kəndin ərazisindəki örüş sahəsindən iki baş inəyin oğurlanması barədə polisə məlumat verib.

 

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Baloğlanlı və tanışı Ş.Əliyev müəyyən edilərək saxlanılıblar.

 

Araşdırmalar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV