Modern.az

Səbaildə maşın oğurlayan şəxs saxlanıldı

Səbaildə maşın oğurlayan şəxs saxlanıldı

Aktual

4 May 2024, 13:00

Səbaildə maşın oğurlayan şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinə mayın 2-si saat 03 radələrində Rüfət adlı şəxsin Bakı şəhər sakini olan bir nəfəri bıçaqla hədələyib onun “Renault” markalı avtomobilini quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.

 

Avtomobil həmin gün saat səhər saatlarında polislər tərəfindən Salyan yolu 12-nin qarşısında saz vəziyyətdə tapılıb.

 

Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 2000-ci il təvəlüldlü Rüfət Eynullayev müəyyən olunaraq saxlanılıb.

 

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı